Brüsseldə Qarabağa həsr olunan forum işinə başlayıb. Brüsseldə Qarabağa həsr olunan forum işinə başlayıb.

Əli Həsənov Qarabağa həsr olunan Brüssel Forumunda - Fotolar+Yenilənib

Brüsseldə Qarabağa həsr olunan forum işinə başlayıb.

AzNews.az musavat.com-a istindən xəbər verir ki, "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq Forumun açılışını Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov edib.

Separatizm nəticəsində yaranan münaqişələrin böyük əksəriyyətinin hərbi toqquşmalarla müşahidə olunduğunu qeyd edən Əli Həsənov dünyanın əksər bölgələrində onunla mübarizə aparıldığına diqqət çəkib. "Bu münaqişələr beynəlxalq hüquq prinsiplərinin kobudcasına pozulmasına, dövlətlərin ərazi bütövlüyünə ,suverenliyinə ciddi təhdiddir. Dünya birlikləri bunun qarşısını almasa, bu tendensiya daha da böyüyərək, millətlərarası müharibə meydanına çevriləcək.Təəssüf ki, hazırda beynəlxalq münasibətlər sistemindəki ikili standartlar siyasəti etnik sepatizmə qarşı qətiyyətli mübarizə aparılmasına maneçilik törədir"- deyə dövlət rəsmisi bildirib.

Azərbaycanın da belə münaqişlərdən birinə məruz qaldığını vurğulayan Əli Həsənov Azərbaycanın 1918-ci ildə öz müstəqilliyini elan edərkən erməni separatizmi ilə üz-üzə qaldığına diqqət çəkib. SSRİ dövründə münaqişənin nisbətən zəifləyən fazaya keçdiyini deyən Əli Həsənov SSRİ dağılandan sonra Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək işğalçılıq siyasəti aparmağa başladığını bildirib.

Saat 13:35

Proqrama görə I Panelin iclası "Yeni dünya düzənində separatizm dalğası. Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi" adlanır.

İclasın moderatoru Francis Martin O’Donnelldir. Musavat.com bildirir ki, o, Beynəlxalq və Avropa Məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, BMT-nin Ukraynada rezident əlaqələndiricisi, səfir olub(2004-2009).

Spikerlər də olduqca maraqlı simalardır:

Viktor Yuşenko, Ukraynanın Prezidenti (2005-2010);

Dalia Itzik, İsrail dövlətinin Prezidenti (2007) və İsrail parlamentinin spikeri (2006);

Dumitru Bragiş, Moldova Respublikasının Baş naziri (1999-2001);

Hasan Muratoviç, Bosniya və Herseqovinanın baş naziri (1996-1997);

Hannu Takkula, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının üzvü;

Jesús López-Medel Báscones, İspaniyanın dövlət vəkili, sabiq deputat, Hüquq və Qanunvericilik Royal Akademiyasının üzvü;

Robert İlatov, İsrail Parlamentinin üzvü, İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri;

Antje Herrberg, “Beynəlxalq Vasitəçilik və dialoq üzrə Avropa Forumu”nun (MediatEUr) təsisçisi və baş icraçı direktoru.