Rusiya -Türkiyə yaxınlaşması rəsmi İrəvanda narahatlıq doğurur. Rusiya -Türkiyə yaxınlaşması rəsmi İrəvanda narahatlıq doğurur.

"Rusiyanın Türkiyəyə güzəştə gedə biləcəyi ən asan seçim Dağlıq Qarabağ məsələsidir" - Politoloq

Rusiya -Türkiyə yaxınlaşması rəsmi İrəvanda narahatlıq doğurur.

AzNews.az xəbər verir ki, Türkiyə-Rusiya münasibətlərini şərh edən politiloq Mübariz Əhmədoğlu bildirir ki, Ermənistanda Türkiyə-Rusiya münasibətləri diqqətlə izlənilir.

"Uzun müddət ermənilər Türkiyə-Rusiya düşmənçiliyinə nail olmağa çalışdılar. Uğursuzluğa düçar oldular. Rusiya ilə Türkiyənin yaxınlaşması ermənilərin yuxusunu ərşə çəkib. Ermənilərə görə Rusiya Türkiyəni məhv etməlidir. Başqa sözlə, Ermənistan prizmasından Türkiyə-Rusiya münasibətlərində Qarabağ mövzusu yeganə məsələ deyil. Azərbaycan üçün Türkiyə-Rusiya münasibətlərinin yalnız normallaşması lazımdır. Çünki risk azalır, normal ticari-iqtisadi mexanizmlər fəaliyyət göstərir. Dağlıq Qarabağ problemini təkbaşına həll etməyə Azərbaycanın çoxdan gücü çatır. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın erməni təxribatına qarşı təkbaşına verdiyi cavabı dayandırmaq üçün Rusiya tərəfi hiyləyə əl atdı; RF-nın baş naziri D.Medvedev Türkiyənin bu əməliyyatlarda Azərbaycana dəstək verdiyini bildirdi. Medvedevin bu bəyanatınadək RF XİN rəhbəri S.Lavrov Türkiyənin hərbi əməliyyatlarda iştirak etmədiyini bildirmişdi. Medvedevdən sonra bütün Rusiya Türkiyənin Ermənistana qarşı müharibəsindən danışdı. Nəticədə, Azərbaycanın təkbaşına əldə etdiyi qələbəyə kölgə salmağa cəhdlər oldu.

Klassik Azərbaycan prizmasından heç bir dövlətin Dağlıq Qarabağ problemi ilə məşğul olmasına ehtiyacı yoxdur. Əgər Rusiya Dağlıq Qarabağ məsələsini həll etmək istəyirsə, bunu birbaşa Azərbaycanın Prezidenti ilə müzakirə etməlidir. Bütün qalan variantlar Rusiyanın regional maraqlarının strategiyasına xələl gətirəcəkdir. V.Putinin R.T.Ərdoğana verdiyi cavabdan bu anlaşılır.

Soçidə RF prezidenti V.Putinlə Türkiyə prezidenti R.T.Ərdoğan arasında 4 saatlıq görüşdə Dağlıq Qarabağ problemi müzakirə edildi. Amma o da nəzərə alınmalıdır ki, hal-hazırda Rusiya ilə Türkiyə arasında müzakirə olunan məsələlərin sayı hədsiz çoxdur. Heç kimin gözləmədiyi halda kürd faktoru sıradan çıxdı. Kürd faktoru Yaxın Şərq regionunda Rusiyanın böyük müttəfiqi idi. İran Suriyada İsraillə sərhəddən 30 km aralıda hərbi baza yaradır. V.Putinin dövründə Yaxın Şərq istiqamətində Rusiyanın əldə etdiyi bütün uğurlar qısa müddət ərzində əlindən çıxa bilər. Ona görə Rusiya indi Türkiyəyə qarşı kəskin siyasət apara bilməz. İş o yerə çatıb ki, Rusiya hətta Krım məsələsini Türkiyənin qarşısında qoya bilmədi; Türkiyənin fikrincə, Krım Ukraynanın ərazisidir, Rusiya Krımı işğal edib. Krım limanlarından çıxan gəmilərin Türkiyə limanlarına daxil olması qadağan edildi. Belə vəziyyətdə Türkiyədən lazımi dəstəyi almaq üçün Rusiya nəinki Qarabağı, hətta bütövlükdə Ermənistanı Türkiyəyə bağışlaya bilər".