İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşüb. İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşüb.

Lavrovdan Qarabağ bəyanatı

İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşüb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Rusiyalı nazir NATO və Avropa ölkələrini rusofobiyada günahlandırıb.

Daha sonra Dağlıq Qarabağ münaqişəsinə toxunan Lavrov ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri - ABŞ və Fransa ilə danışıqlar mühitinin gələcəkdə pozulmaması üçün addımlar atıldığını deyib.

"Bu istiqamətdə səylərimizi davam etdirəcəyik".

Lavrov həmçinin qeyd edib ki, münaqişənin tez bir zamanda həlli istiqamətində nikbin deyil. O, Bakıya səfəri çərçivəsində həll üçün bütün variantları qeyd etdiyini bildirib. Lavrovun sözlərinə görə, bu variantlar ATƏT-in fəaliyyətdə olan sədrinə təqdim olunub.

"Bu elementlər paket halına salınıb, bir, iki və ya üç prinsipi əsas götürməklə münaqişəni həll etmək çətindir. Çünki o zaman balans itir. Belə olan halda istəyimiz nəticə verməyəcək. Xoş məqam odur ki, prezidentlər Cenevrə görüşünün nəticələrindən məmnundur. Bu məmnunluq həll prosesinə də öz müsbət təsirini göstərəcək. Buna baxmayaraq, bu, çətin problemdir və tez bir zamanda həlli mümkün deyil".