“Bir aydır ki, Azərbaycanın əsas sənədi təqdim olunub. Amma mən hökumət nümayəndələrinin efirdə bu sənədlə bağlı geniş diskussiyalarının şahidi olmamışam”. “Bir aydır ki, Azərbaycanın əsas sənədi təqdim olunub. Amma mən hökumət nümayəndələrinin efirdə bu sənədlə bağlı geniş diskussiyalarının şahidi olmamışam”.

“Bunlar Azərbaycana daha böyük problemlər yaradıblar” - Zahid Oruc

“Bir aydır ki, Azərbaycanın əsas sənədi təqdim olunub. Amma mən hökumət nümayəndələrinin efirdə bu sənədlə bağlı geniş diskussiyalarının şahidi olmamışam”.

AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, bu fikirlər deputat Zahid Oruca məxsusdur. Parlamentdəki büdcə müzakirələri zamanı çıxış edən deputat dövlət komitələri və nazirliklərin bəzilərinin ləğv edilməsini zəruri saydı, bu mənada Gürcüstan nümunəsinə diqqət çəkib.

Z.Oruc ardınca Beynəlxalq Bank da mövzusuna toxunub.

“Mən çox arzulayıram ki, bununla bağlı hökumətin geniş açıqlamaları verilsin. 2 milyon vətəndaşın problemli kreditləri 2,8 milyarddır. Bunlar Azərbaycana daha böyük problemlər yaradıblar” - deyən deputat Beynəlxalq Bank işinə diqqət çəkib.

Deputat Sumqayıtda yeni istehsal müəssisələri tikildiyi halda, ölkənin daxili bazarını Çin məhsullarının götürdüyünü də qeyd edib.

Z.Oruc Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevin müsahibələrindən birinə diqqət çəkib və digər problemdən bəhs edib: “Cəmil müəllim deyir ki, gün ərzində 500-ə yaxın xəstə uşaq onkoloji xəstəxanaya müraciət edir. Ancaq onların 30 faizi onkoloji xəstələrdir. Bu, ayda 4500 xəstə edir. Yeni doğulan körpələrin bu xəstəliyə yoluxması biz valideynlərdən qaynaqlanırsa, bununla bağlı xüsusi dövlət proqramına ehtiyac var”.