"Əminəm ki, Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcək" "Əminəm ki, Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcək"

Əminəm ki, Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcək - Gürcü səfir

"Əminəm ki, Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcək"

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, bu müddət ərzində Gürcüstan və Azərbaycan arasında yaxşı qonşuluq, dostluq və qarşılıqlı hörmət münasibətləri inkişaf edib:

"Bizim münasibətlərimiz region və dünya üçün nümunə olmalıdır".

Birgə layihələr haqqında danışan səfir, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınmasının tarixi hadisə olduğunu qeyd edib.

Səfirin sözlərinə görə, bu layihə Avropada enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan və Gürcüstanın unikal imkanlarını nümayiş etdirdi

Gürcüstan səfiri Bakı-Tbilisi-Ərzurum və "Cənub Qaz Dəhlizi" kimi layihələrin əhəmiyyətini də vurğulayıb.