Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Bakıya səfər edəcək. Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Bakıya səfər edəcək.

Məhəmməd Əşrəf Qani Bakıya gələcək

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Bakıya səfər edəcək.

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib. Diplomatik mənbənin verdiyi məlumata görə, Əfqanıstanın prezidentinin Bakıya səfəri noyabrın 30-da baş tutacaq.

Məlumata görə, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçiriləcək "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında iştirak edəcək.