Ümumerməni “Hayastan” fondu sabah növbəti dəfə Dağlıq Qarabağ üçün ianə toplayacaq. Ümumerməni “Hayastan” fondu sabah növbəti dəfə Dağlıq Qarabağ üçün ianə toplayacaq.

Ermənilər ABŞ-da Qarabağ üçün pul yığacaqlar

Ümumerməni “Hayastan” fondu sabah növbəti dəfə Dağlıq Qarabağ üçün ianə toplayacaq.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, Los-Anceles şəhərində keçiriləcək 12 saatlıq telemarafonda işğal altındakı Qarabağ torpaqlarında damcılı suvarma sisteminin təşkilinə sərf olunacaq.

Telemarafon Los Ancelesdən kabel, peyk və İnternet televiziya vasitəsilə yayımlanır. Telemarafon erməni diasporunun iri kabel televiziya kanalları vasitəsilə Avropa, Şimali və Cənubi Amerika, Yaxın Şərq və Asiya ölkələrində də yayımlanır.

“Hayastan” ümumerməni fondu 1992-ci ildə təsis edilib. Fondun əsas vəzifəsi Ermənistanda və Dağlıq Qarabağda “ümummilli layihələrin” həyata keçirilməsi və infrastrukturun inkişaf etdirilməsidir.

Ermənistan prezidentinin sədrlik etdiyi “Hayastan” fondunun qəyyumlar şurasına dünya erməni diasporunun nüfuzlu nümayəndələri daxildir.

Fondun fəaliyyəti sayəsində ümumi uzunluğu 600 kilometrədək yollar, 520 kilometr su kəmərləri, 144 kilometr qaz kəməri, 70 kilometr elektrik xətləri salınıb.

Bundan başqa, 334 məktəb və uşaq bağçası, 424 yaşayış binası, 70-dən çox tibb müəssisələri, 55 idman və mədəniyyət mərkəzlərinin yenidən tikiləcəyi və abadlaşdırıldığı bildirilir.

1996-cı ildən başlayaraq erməni diasporu hər il Qarabağ üçün telemarafon keçirir. Bu kampaniyada ermənilərin müxtəlif məşhur nümayəndələri də iştirak edirlər. Telemarafon zamanı dünyanın müxtəlif yerlərindən Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin yaşayışının təmin edilməsi üçün pul toplanılır.

2015-ci ildə yığılan vəsait 10 milyon dollardan artıq olub. 2014-cü ildə bu rəqəm 12 399 550 dollar, 2012-ci ildə 21 422 477 dollar təşkil edib.