Azərbaycan Milli Məclisinin dekabrın 1-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Azərbaycan Milli Məclisinin dekabrın 1-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Milli Məclisin iclası olacaq - Gündəlikdə duran məsələlər

Azərbaycan Milli Məclisinin dekabrın 1-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

"Report"un xəbərinə görə, toplantının gündəliyinə 31 məsələ daxildir.

İclasda hökumət üzvləri 2018-ci ilin dövlət büdcə zərfi ilə bağlı deputatların təkliflərini cavablandıracaqlar.

Bundan başqa, deputatlar "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Dövlət borcu haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Telekommunikasiya haqqında", "Pasportlar haqqında", "Azərbaycan Silahlı Qüvvələri haqqında", "Dövlət borcu haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunlara və İnzibati, Cəzaların İcrası, Miqrasiya, Vergi, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələrinə baxacaqlar.

AzNews.az