Bakıda səfərdə olan Qazaxıstan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. Bakıda səfərdə olan Qazaxıstan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Məzahir Pənahov Qazaxıstan MSK-nın nümayəndə heyəti ilə görüşüb

Bakıda səfərdə olan Qazaxıstan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, Qazaxıstan MSK sədrinin müavini Konstantin Petrov və nümayəndə heyəti Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə edilərək seçki sisteminin hazırkı inkişaf səviyyəsinə çatdırılması istiqamətində görülmüş işlərlə maraqlanıb və bu uğurlu təcrübənin öyrənilməsinin onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

M. Pənahov nümayəndə heyətinin suallarını cavablandırıb, ölkənin seçki sistemi, seçki qanunvericiliyinin daha da inkişaf etdirilməsi üçün həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün ölkədə hərtərəfli şərait mövcud olduğunu diqqətə çatdırıb. Görüş çərçivəsində nümayəndə heyəti MSK-nın İnformasiya Mərkəzinə də baş çəkib.

Sonra Qazaxıstan MSK-nın nümayəndə heyəti Bakı şəhərində yerləşən bir neçə seçki dairəsinə səfər edərək dairə seçki komissiyalarının iş şəraiti, eləcə də komissiya üzvlərinin, DSK katibliklərinin praktiki fəaliyyəti və müvafiq hüquqi baza ilə yaxından tanış olublar.