Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının cari məsələlərini müzakirə edib və iki dövlətin təhlükəsizlik şuralarının, hüquq-mühafizə orqanlarının və xüsusi xidmətlərinin ekspertləri səviyyəsində daimi informasiya mübadiləsi və məsləhətləşmələr aparılmasını nəzərdə tutan əməkdaşlıq planı imzalayıblar. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının cari məsələlərini müzakirə edib və iki dövlətin təhlükəsizlik şuralarının, hüquq-mühafizə orqanlarının və xüsusi xidmətlərinin ekspertləri səviyyəsində daimi informasiya mübadiləsi və məsləhətləşmələr aparılmasını nəzərdə tutan əməkdaşlıq planı imzalayıblar.

Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşdü

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının cari məsələlərini müzakirə edib və iki dövlətin təhlükəsizlik şuralarının, hüquq-mühafizə orqanlarının və xüsusi xidmətlərinin ekspertləri səviyyəsində daimi informasiya mübadiləsi və məsləhətləşmələr aparılmasını nəzərdə tutan əməkdaşlıq planı imzalayıblar.

AzNews.az xəbər verir ki, N.Patruşevin Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas və Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov ilə görüşlərinin yekunlarına əsasən də əməkdaşlıq planları imzalanıb.

Moldova Ali Təhlükəsizlik Şurasının katibi Artur Qumenyuk və Rusiya Təhlükəsizlik Şurasının katibi N.Patruşev iki dövlətin təhlükəsizlik şuraları aparatları arasında qarşılıqlı fəaliyyət haqqında protokol imzalayıblar. Tərəflər hər iki ölkənin mənafeyi üçün milli səviyyədə, Avropa miqyasında və beynəlxalq miqyasda təhlükəsizliyin təmin olunmasına aid məsələlərin geniş dairəsi üzrə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.

Tacikistan Təhlükəsizlik Şurasının katibi Abdurahim Kahharov ilə görüşdə iki dövlətin güc strukturlarının və xüsusi xidmətlərinin qarşılıqlı əlaqəsi məsələləri müzakirə edilib.