"Şərq Tərəfdaşlığı" Sammitində ərazi münaqişələrinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi əsas prinsip kimi götürüldü və Ermənistan tərəfi istəməsə də bununla razılaşmalı oldu". "Şərq Tərəfdaşlığı" Sammitində ərazi münaqişələrinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi əsas prinsip kimi götürüldü və Ermənistan tərəfi istəməsə də bununla razılaşmalı oldu".

"Brüsseldə "Birgə Bəyannamə"nin qəbul edilməsi Azərbaycan üçün olduqca vacibdir" - Aydın Mirzəzadə

"Şərq Tərəfdaşlığı" Sammitində ərazi münaqişələrinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi əsas prinsip kimi götürüldü və Ermənistan tərəfi istəməsə də bununla razılaşmalı oldu".

Bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bildirdi. Onun sözlərinə görə, Avropa İttifaqının Brüsseldə "Şərq Tərəfdaşlığı" Sammitinin keçirilməsi və sonda "Birgə Bəyannamə"nin qəbul edilməsi Azərbaycan üçün olduqca vacib bir hadisədir:

"Əvvəla Avropa bir çox məsələlərdə ancaq öz sərhədlərini məhdudlaşdırmağın özlərinə zərər vurduğunun fərqinə vardı. Bu sammitdə Avropaya yaxın tərəfdaş ölkələr öz mövqeyini ortalığa qoydu. Birinci növbədə ölkələrin ərazi münaqişələri, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıqlar aparıldı, razılaşmalar əldə olundu. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi qabarıq şəkildə vurğulandı. İlk dəfədir ki, ərazi münaqişələrinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi əsas prinsip kimi götürüldü və Ermənistan tərəfi istəməsə də bununla razılaşmalı oldu. Düzdür, sammitdə Ermənistan nümayəndə heyəti məsələni tamam başqa bir istiqamətə yönəltməyə, bəyannamənin mahiyyətini dəyişməyə cəhd etdi. Amma heç bir faydası olmadı".

Mövzunu şərh edərkən Aydın Mirzəzadə qeyd etdi ki, sözügedən bəyannamədə həmçinin Azərbaycanın Cənub qaz dəhlizi layihəsinə dəstək verilməsi də vacib məqamlardan biri idi. Bu, təkcə siyasi məsələ deyil, eyni zamanda həmin bölgələrdə stabilliyin möhkəmlənməsi, milyonlarla iş yerinin yaradılması və dünyada sülhə marağın artdığını göstərir:

"Həmişəki kimi, Ermənistan yenə də bu layihədən kənarda qaldı. Onun işğalçılıq siyasəti onu Bakı - Tiflis - Ceyhan, Bakı -Tiflis - Qars layihələrindən kənarda qoydu. Halbuki, bu layihələrdə iştirak etmək Ermənistan büdcəsinə 100 milyon dollarlarla vəsait gətirə bilərdi".

Millət vəkili qeyd etdi ki, nəticə etibarı ilə noyabrın 24-də Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" Sammiti Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir etdi. Eyni zamanda, ölkəmizin beynəlxalq münasibətlərə çox yüksək əhəmiyyət verdiyini bir daha ortalığa qoydu.

Elgün Mənsimov

AzNews.az