Serbiya Parlamentin Konstitusiya və Hüquq məsələləri üzrə Komitəsinin sədri, Azərbaycanla parlament dostluq qrupunun rəhbəri Vladimir Tsvian “Beynəlxalq hüquqa riayət olunması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə dair qətnamə” layihəsini parlament gündəliyinə təklif edib. Serbiya Parlamentin Konstitusiya və Hüquq məsələləri üzrə Komitəsinin sədri, Azərbaycanla parlament dostluq qrupunun rəhbəri Vladimir Tsvian “Beynəlxalq hüquqa riayət olunması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə dair qətnamə” layihəsini parlament gündəliyinə təklif edib.

Serbiya parlamentində Dağlıq Qarabağ qətnaməsi

Serbiya Parlamentin Konstitusiya və Hüquq məsələləri üzrə Komitəsinin sədri, Azərbaycanla parlament dostluq qrupunun rəhbəri Vladimir Tsvian “Beynəlxalq hüquqa riayət olunması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə dair qətnamə” layihəsini parlament gündəliyinə təklif edib.



Azərbaycanın Serbiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, layihə parlament gündəliyinə salınıb. Qətnamədə Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20% ərazisinin işğalı, 30000-ə yaxın azərbaycanlının öldürülməsi, 50000-ə yaxın insanların yaralanması və 1 milyona yaxın soydaşlarımızın qaçqın və məcburi köçkünə çevrilməsi, Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğalı kimi faktlar öz əksini tapıb.

Sənəddə həmçinin fevral ayının 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsi barədə də məlumat verilir. Layihədə Xocalıda baş verən hadisələr zamanı 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 mülki şəxs zərər çəkib, beynəlxalq müşahidəçilər bu faciə ilə bağlı erməni silahlı qüvvələrinin məsuliyyət daşıdığını qeyd edirlər.

"Milli Parlament yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını və suverenliyini dəstəkləyir, mülki əhaliyə qarşı yönəlmiş bütün zorakılıq aktlarını pisləyir, həmçinin Xocalı hadisələrinə eyni şəkildə yanaşır və pisləyir, BMT TŞ-nın qəbul etdiyi dörd qətnamələrin yerinə yetirilməsini, münaqişənin sülh yolu ilə həllinin tapılması məqsədi ilə danışıqlar prosesinə başlanmasını və qaçqınların öz yurdlarına qayıtmasının tam təmin olunmasını tələb edir".