Sabina Freyzer Minsk Qrupunu tənqid etdi

"Minsk Qrupu kifayət qədər zəifdir, münaqişə tərəflərinə çox da təsir edə bilmir. Buna görə də, Azərbaycan və Ermənistan əsas prinsiplər üzrə irəliləyişə nail olmayıblar".

APA-nın məlumatına görə, bu fikirləri 1in.am saytına müsahibədə Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabina Freyzer deyib. O həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan bu mənada ehtiyatlı olmalıdırlar, çünki tərəflər arasında sülhün bərqərar olunması yalnız onlardan asılıdır.

S. Freyzer həmçinin Xocalı aeroportunun açılması məsələsinə də toxunub. Onun sözlərinə görə, bu məsələ tərəflərin əsl mənasında mübahisə mövzusuna çevrilib: "Bu məsələ Ermənistan prezidenti tərəfindən öz seçkiqabağı kampaniyasında istifadə olunub və düşünürəm ki, bundan sonra da Azərbaycanda təbliğat məqsədilə istifadə olunacaq. Hava limanı ətrafında vəziyyət xeyli siyasətləşdirilib".

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş nail olunacağı təqdirdə Türkiyə Ermənistanı öz regional nəqliyyat layihəyə dəvət edəcəyi barədə məlumatları şərh edən S. Freyzer deyib ki, bu ideya heç də yeni deyil və o belə bir təşəbbüsləri müsbət sayır: "Yeni nəqliyyat layihələri tərəflər arasında etimadı möhkəmləndirməyə kömək edəcək. Azərbaycan bildirib ki bu layihə ancaq Ermənistan işğal olunmuş ərazilərdən çıxdıqdan sonra gerçəkləşə bilər. Eyni zamanda düşünmürəm ki, Türkiyə danışıqlar prosesinə qarışmaq istəyir. Sadəcə bu ölkə öz maraqlarından çıxış edir. Çünki bu layihə Asiyanı Avropa ilə Türkiyə ərazisi vasitəsi ilə birləşdirəcək. Hesab edirəm ki, bu layihə Azərbaycanın bəzi əraziləri qaytarılandan sonra reallaşa bilər".

AzNews.az