02:20
(077) 610-22-33

Xocalı aeroportuyla bağlı qalmaqal ATƏT PA-nın yay sessiyasında

  • >
273 26 Fevral 2013 15:06 | Siyasət

Ermənistanın Xocalı aeroportunu istifadəyə verməsi ilə bağlı məsələ ATƏT Parlament Assambleyasının (PA) qış sessiyası çərçivəsində Siyasi və təhlükəsizlik məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, komitənin iclasında siyasi məruzəçiyə təklif olunub ki, bu məsələ hansısa bir formada məruzəyə salınsın: "Onlar tərəflərin bir-biri ilə dil tapması kimi cavablar səsləndirdilər, amma biz təkid etdik ki, bu məsələ məruzəyə salınsın".

B.Muradova bildirib ki, məruzəçi ATƏT PA-nın İstanbulda keçiriləcək yay sessiyası çərçivəsində Monako deklarasiyasının yerinə yetirilməsinə dair məruzə ilə çıxış edəcək: "İndi də həmin məruzəyə əsasən aralıq məruzə təqdim olunub. Məruzədə Dağlıq Qarabağ münaqişəsinin gedişinə dair bir neçə ciddi abzas öz əksini tapıb, amma biz konkret olaraq ermənilərin Xocalı aeroportunu istifadəyə verməsi ilə bağlı təhrifedici addımlarının məruzəyə salınmasını tələb etdik və ümumi cavablarından bu fikir irəli gəldi ki, məsələ diqqətdə saxlanacaq, yay sessiyasında bunun gündəmə salınması gözlənilir".

AzNews.az
Bağla X