- Köhnə - Siyasət
- 26 Fevral 2013 17:15
- 2 254
Sülhəddin Əkbər: “Ölkədə ciddi siyasi fiqur yoxdur”
Bunu AzNews.az-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər deyib. ACP sədri bildirib ki, seçkiləröncəsi meydana yeni iddialı siyasətçilər çıxa bilər. Amma bu o demək deyil ki, yeni siyasətçi ortaya çıxacaq və vəziyyəti dəyişəcək: "Göründüyü kimi, ölkədə hələ ki vəziyyəti dəyişə biləcək siyasi qüvvə yoxdur. Azərbaycanda seçki mühiti yoxdur. Əvvəlcə seçki mühitini yaratmaq lazımdır. Bunun üçün də Azərbaycanın bütün demokratik potensialını monipulyasiya etmək lazımdır. Ölkədə demokratik mühit yaradıldıqdan sonra kimin iddiası varsa, ortaya qoya bilər".
S.Əkbər əlavə edib ki, seçki mühiti olmadığı halda ortaya iddia qoymaq qeyri-ciddidir: "Azərbaycanda dəyişiklik üçün 3 faktor var: Xalq, hakimiyyətdaxili ziddiyyətlər və beynəlxalq dəstək. Burada ən əsası xalq dəstəyidir. Xalq dəstəyini qazanmaq üçün müxalifət bir araya gəlməlidir. Bundan sonra xalq hərəkatı yarana bilər. Bu cür hərəkət edə biləcəyiksə, ölkədəki mövcud durumu dəyişə biləcəyik".
İlkin
AzNews.az