06:48
(077) 610-22-33

Rəhbər şəxslərin ezamiyyə xərcləri – QAYDA

  • >
382 27 Fevral 2013 11:07 | Siyasət

Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edib





Dəyişiklik rəhbər işçilərin xarici ölkələrə ezamiyyə xərcləri ilə bağlıdır.

"Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası aşağıdakı kimidir:


1) Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrləri

2) Azərbaycan Respublikası Baş nazirinin müavinləri, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitu-siya Məhkəməsi sədrinin müavinləri;
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbərləri;
Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədrləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədrləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqan-larının rəhbərləri, Bakı Şəhər İcra Hakimiyyəti başçısı


3) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri;
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavinləri, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədr müavinləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları;
Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərləri və müavinləri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavinləri, Azərbaycan Respublikası Baş prokurorunun müavinləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri, Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin xarici ölkələrə rəsmi səfərləri ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər


Cədvəlin 1-ci və 2-ci hissələrində göstərilən şəxslərə xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilir. Həmin şəxslərə və diplomatik fəaliyyəti dövründə fövqəladə və səlahiyyətli səfir dərəcəsi olanlara, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün "biznes klass", dəmiryol qatarları üçün "biznes klass" və ya "2 yerli kupeli yumşaq vaqon" tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün "ekonom klass", dəmiryol qatarları üçün "4 yerli kupeli vaqon" tarifləri ilə ödənilir.
Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak etmək üçün xarici ölkələrə ezam olunduqda, qəbul edən tərəfin protokol qaydalarına uyğun olaraq mehmanxanada yerləşdirildikdə, ezamiyyə xərcləri təqdim olunmuş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının cədvəldəki əlavələr nəzərə alınmaqla, 60 faizindən çox olduğu hallarda, həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödənilir. Bu qayda ilə mehmanxanada yerləşdirilən həmin rəsmi nümayəndə heyətinin digər üzvlərinin ezamiyyə xərcləri təqdim olunmuş sənədlər əsasında müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasından 1,5 dəfədən çox olmamaq şərtilə ödənilir.
Cədvəldə göstərilən rəhbər işçilər onlar üçün müəyyən edilmiş əlavələrdən yalnız birini almaq hüququna malikdirlər.

AzNews.az
Bağla X