23:17
(077) 610-22-33

“Vahid namizəd ətrafındakı “oyunlar” qəbulolunmazdır”

  • >
364 27 Fevral 2013 12:03 | Siyasət

“Bu, Azərbaycan reallığına uyğun gəlməyəcək”



"Müxalifət müxtəlif spektrlidir. Hər bir partiyanın Azərbaycandakı dəyişiklikliyə müxtəlif baxışları var". Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. G.Aslanlı bildirib ki, Müxalifətdəki baxışlar fərqli olduğu üçün birlik yaranmır:

"Bizim real müxalifət adlandırdığımız qüvvələr İctimai Palatada toplaşıblar. Kənar qüvvələrin də mövqeləri bizimlə üst-üstə düşərsə, onlar da İP-ə qoşula bilərlər. Amma kimlərsə İctimai Palatanın kənarında birlik yaratmaq istəyirlərsə, etsinlər. Biz buna etiraz etmirik".

Başqan müavini qeyd edib ki, müxalifətdə rəngarəngliyin olması bir tərəfdən müsbət, digər tərəfdən də mənfi haldır:

"Bu rəngarənglikdə hansı məsələlərin müzakirə olunması əsasdır. Müzakirələrdə seçki saxtakarlığına qarşı mübarizə əsas rol oynayırsa, bu müsbət haldır. Amma müzakirələr vahid namizədin müəyyənləşdirilməsi istiqamətində aparılan oyunlardan gedəcəksə, bu, Azərbaycan reallığına uyğun gəlməyəcək".

İlkin
AzNews.az
Bağla X