16:05
(077) 610-22-33

Müdafiə Nazirliyi: Lazımi tədbirlər görüləcək

  • >
283 27 Fevral 2013 12:35 | Siyasət

Ermənistan Azərbaycan əraziləri üzərindən icazəsiz uçuşlar həyata keçirərsə, lazımi tədbirlər görüləcək.




Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Ermənistanın Xocalı aeroportundan qanunsuz istifadə etmək cəhdlərinə münasibət bildirərkən deyib.

"Ermənistan bu zorakı mövqeyindən əl çəkməlidir. Çikaqo Konvensiyasına uyğun olaraq bir ölkə digər ölkənin sərhəd hüdudlarını icazəsiz keçə bilməz, icazəsiz keçdiyi halda da tədbir görüləcək".

Eldar Sabiroğlu qeyd edib ki, qanunsuz uçuş cəhdi Dağlıq Qarabağ münaqişəsinin dinc şəkildə həll edilməsinə böyük maneəçilik törətmiş olacaq. Eyni zamanda E. Sabiroğlu vurğulayıb ki, "Ermənistan öz hərəkətlərinə düzəliş etməsə və belə bir işə yol versələr, əlbəttə, Azərbaycan öz mövqeyində qalır və bu qeyri-qanuni uçuşlarla Ermənistan regionda vəziyyəti olduqca kəskinləşdirə bilər.
Ona görə də onlar daha yaxşı olar ki, bundan əl çəksinlər, beynəlxalq təşkilatlar da, digər ölkələrin parlament üzvləri də bu məsələyə öz mənfi münasibətini bildirilər".

AzNews.az
Bağla X