Azərbaycan Xarici İşlər Nazirliyi Fransa parlamentində soydaşlarımızın döyülməsi faktı ilə bağlı bəyanat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Fransa parlamentində soydaşlarımızın döyülməsi faktı ilə bağlı bəyanat yayıb.

XİN soydaşlarımızın döyülməsi ilə bağlı bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa parlamentində soydaşlarımızın döyülməsi faktı ilə bağlı bəyanat yayıb.




XİN mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirilir ki, fevralın 26-da Fransa Milli Assambleyasının binasında erməni diaspor təşkilatlarının keçirdiyi tədbir çərçivəsində Parisdəki "Azərbaycan Evi"nin rəhbəri Mirvari Fətəliyeva və bu ölkədə təhsil alan azərbaycanlı tələbə Vüsal Hüseynov erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb.

"Fransa Milli Assambleyasının üzvlərinin gözləri qarşısında baş vermiş hadisəyə onlar tərəfindən heç bir müdaxilə edilməyib. Xaricdəki erməni lobbisi və onların havadarları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı zorakılığa yol verilməsi bir daha təsdiqləyir ki, Azərbaycan tərəfinin münaqişə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırması istiqamətindəki fəaliyyəti onlarda dərin narahatlıq doğurur. Bu kimi zorakılıq hallarına baxmayaraq, Azərbaycanın xaricdəki diplomatik missiyaları və diaspor təşkilatları, Ermənistan tərəfindən xalqımıza qarşı törədilmiş faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyətini bundan sonra da davam etdirəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına qarşı törədilmiş zorakılığı pisləyərək, baş vermiş hadisəyə Fransa Respublikasının müvafiq qurumları tərəfindən münasibət bildiriləcəyinə və cinayətin bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən operativ şəkildə araşdırılaraq, cinayətkarların məsuliyyətə cəlb olunacağına inanır".


AzNews.az