- Köhnə - Siyasət
- 9 Dekabr 2017 12:55
- 3 332
Hərbi məhkəmələrin səlahiyyətləri artırılır
Azərbaycanda hərbi məhkəmələrin səlahiyyətləri artırılır.
APA-nın məlumatına görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanunun 31-ci (Hərbi məhkəmə və onun səlahiyyətləri) maddəsinə əlavələr təklif edilir.
Təklifə əsasən, hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi inzibati xətalara dair işlərə də baxa biləcək.
Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
AzNews.az