Prezidentlərin təkbətək və geniş tərkibdə görüşü olub

Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvilinin təkbətək görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib, ölkələr arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

AzNews.az