Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin gələn həftə Azərbaycana səfər edəcək. Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin gələn həftə Azərbaycana səfər edəcək.

Həştərxan vilayətinin qubernatoru Bakıya gələcək

Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin gələn həftə Azərbaycana səfər edəcək.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə A.Jilkin regionun sosial və iqtisadi inkişaf perspektivlərinə həsr olunan mətbuat konfransında bildirib.

Qubernator Bakıya səfəri zamanı Azərbaycan tərəfinə 2018-ci ildə işlənməsi üçün bir sıra təkliflər təqdim edəcəyini vurğulayıb.

Onun sözlərinə görə, 2017-ci ildə fəal inkişaf edən "Lotus" xüsusi iqtisadi zonasında xarici biznesin ilk nümayəndələri məhz azərbaycanlı investorlar olublar. Azərbaycanın "ATEF" şirkətlər qrupu orada elektrotexniki avadanlığın istehsalı üzrə zavodun tikintisinə başlayıb. Layihədə elan edilən sərmayə 1,1 milyard rubldan çoxdur.