“Rüstəm İbrahimbəyovun xaricdə olması ziyalıları ruhlandırır” “Rüstəm İbrahimbəyovun xaricdə olması ziyalıları ruhlandırır”

“O, sona kimi meydanda olacaq”

“Rüstəm İbrahimbəyovun xaricdə olması ziyalıları ruhlandırır”



Kinematoqrafçılar İttifaqının sədri, Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov "Media forum" saytına verdiyi müsahibə siyasi dairədə birmənalı qarşılanmadı. Bəziləri R.İbrahimbəyovun Azərbaycana qayıtmamasını, siyasətdən çəkilərək barışıq üçün hakimiyyətə mesaj verdiyini, bəziləri isə Ziyalılar forumunun fəaliyyətinin dayandıracağını dedi.


Kinodramaturq Eldəniz Quliyev AzNews.az-a açıqlamasında bildirdi ki, R.İbrahimbəyovun Azərbaycanda olmaması Ziyalılar forumunu bir daha ruhlandırır:

"Görünür, bəziləri Rüstəm İbrahimbəyovu hələ yaxşı tanımır. Rüstəm müəllim başqalarından fərqli olaraq, əqidəsini dəyişən insan deyil. O, sona kimi mübarizə meydanında olacaq. Ziyalılar forumu hesab edir ki, Rüstəm müəllim hələ ki, Azərbaycandan kənarda olsun. Onun burada olmaması Ziyalılar forumunu bir az ruhlandırır. Ziyalılar forumu fəaliyyətini dayandırmaq fikrində deyil".

Bahar Rüstəmli
AzNews.az