12:03
(077) 610-22-33

“Uyğun model olmadığına görə birlik yaranmır”

  • >
543 27 Fevral 2013 19:20 | Siyasət



"İctimai Palata müxtəlif məsələlərlə bağlı funksional əməkdaşlığın tərəfdarıdır. Bu istiqamətdə müəyyən addımlar atılıb".

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib. Əməkdaşlıqla bağlı danışan AXCP funksioneri bildirib ki, Binədə, İsmayıllıda baş vermiş aksiyalarla bağlı İctimai Palatanın təşəbbüsü ilə keçirilən tədbirlərdə İP-ə daxil olmayan partiyalar da iştirak edib:

"Eyni zamanda İctimai Palata müstəqil hüquqşünasların təqdim etdiyi Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı layihənin müzakirəsini təşkil edib. İP müxtəlif təşkilatlarla, partiyalarla əməkdaşlığa hazırdır. Amma bu istiqamətdə rəsmi əməkdaşlıq müqaviləsi yoxdur. Bu müqavilələr olmasa belə, əməkdaşlıq mümkündür".

F.Qəhrəmanlı qeyd edib ki, geniş birliyin yaradılması üçün uyğun model hazırlanmalıdır: "Bu model olmadığına görə əməkdaşlıq baş tutmur. Seçki ilə bağlı geniş birliyin yaradılması üçün yeni model hazırlanmalıdır".

İlkin
AzNews.az

Bağla X