“Tədbir baş tutmadı, amma Məşvərət Məclisinə daxil olan partiyalarla birlikdə qeyri-rəsmi görüş keçirdik" “Tədbir baş tutmadı, amma Məşvərət Məclisinə daxil olan partiyalarla birlikdə qeyri-rəsmi görüş keçirdik"

“Görüşün keçirilməsinə əngəl olan partiyaların adlarını çəkmək istəmirəm”

“Tədbir baş tutmadı, amma Məşvərət Məclisinə daxil olan partiyalarla birlikdə qeyri-rəsmi görüş keçirdik"




Bir neçə gün əvvəl Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər mətbuata açıqlamasında bildirmişdi ki, müxalifət partiyaları fevralın 26-da görüş keçirməyi planlaşdırıb. Bu tarix Xocalı faciəsinin 21-ci ildönümünə təsadüf etdiyindən görüşü fevralın 27-də keçirmək qərara alınıb.
Amma müxalifətin görüşü bu dəfə də fiaskoya uğrayıb. Bəzi partiyalar bu görüşün əleyhinə olduqlarından toplantı baş tutmayıb.

ACP sədri Sülhəddin Əkbər AzNews.az-a açıqlamasında geniş formatlı görüşün baş tutmadığını bildirib. Onun sözlərinə görə, dünən müxalifətin geniş birliyinin görüşü baş tutmasa da, Məşvərət Məclisinin qeyri-rəsmi toplantısı keçirilib:

"Tədbir baş tutmadı. Amma Məşvərət Məclisinə daxil olan partiyalarla birlikdə qeyri-rəsmi görüş keçirdik"

Müxalifətin geniş koalisiyasının yaradılması istiqamətində müəyyən addımlar atılır. Ona görə də görüşün keçirilməsinə əngəl olan partiyaların adlarını çəkib, danışıqlara mane olmaq istəmirəm".

İlkin
AzNews.az