“Bərbəzəkli adalardan istifadə etməyə öyrəşmişik” “Bərbəzəkli adalardan istifadə etməyə öyrəşmişik”

İqbal Ağazadə Rüstəm İbrahimbəyova qarşı

“Bərbəzəkli adalardan istifadə etməyə öyrəşmişik”





"Müxalifətin birliyinin yaranmasını istəmirlər, ona görə də yaranmır. Çünki hərə bir cür düşünür".

Bunu AzNews.az-a açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib. İ.Ağazadə bildirib ki, birliyin yaranmaması müsbət hal deyil: "Uzun illər siyasətdə olan şəxs kimi deyirəm ki, birliyin yaranması mümkün olmayacaq. Fikir ayrılıqları mövcuddur. Mən dəfələrlə birlik istiqamətində tədbirlər keçirmişəm. Gəldiyim nəticə budur ki, müxalifətin bir araya gəlməsi mümkünsüzdür".

Partiya sədri Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılacaq "Milli Şura" haqqında tənqidi fikirlər səsləndirib: "Əvvəlcə birlik yaransın, sonra adını qoyarlar. Bərbəzəkli adlardan istifadə etməyə öyrəşmişik. Hakimiyyəti dəyişmək üçün demokratik proseslər başlamalıdır, sonra hakimiyyəti dəyişmək uğrunda mübarizə aparmaq lazımdır. Hakimiyyəti dəyişmək sonuncu mərhələdir. 90-cı illərdə də belə oldu. 1992-93-cü illərdə seçkilər keçirildi. Bu illərdə keçirilən seçkilər tam demokratik idi. Kimsə deyə bilməz ki, 1992-ci ildə keçirilən seçkilər total şəkildə saxtalaşdırılıb. Ola bilər, müəyyən pozuntular olsun, amma bu seçkinin nəticələrinə təsir etmədi. Demokratik proseslər tam getmədiyinə görə 1 il sonra qiyam oldu. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldi. Ona görə də prosedurdan başlamaq ənənəsinə son qoymaq lazımdır. Əvvəlcə demokratik prosesi aparmaq lazımdır, proses gedəcəksə, prosedur öz nəticəsini verəcək".

İlkin
AzNews.az