02:19
(077) 610-22-33

Gülər Əhmədova Əvəz Zeynallının məhkəməsinə gələcək?

  • >
299 28 Fevral 2013 14:31 | Siyasət

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi başlayıb



Bugünkü prosesdə Ə.Zeynallının və vəkillərinin çıxışı gözlənilirdi.

Məhkəmə başlayanda Ə.Zeynallı sabiq deputat, hazırda Kürdəxanıda yerləşən 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan sabiq deputat Gülər Əhmədovanın məhkəməyə gətirilməsinə dair yenidən vəsatət qaldırıb. Baş redaktor həmçinin məhkəmə istintaqının yenilənməsini istəyib.
Hakim Ramella Allahverdiyeva və prokuror Ramazan Hadıyev vəsatətə etiraz ediblər.
Ə.Zeynallı G.Əhmədovanın məhkəməyə gətirilməsinə dair yenidən vəsatət verməyinin səbəbini açıqlayıb. O, deyib ki, G.Əhmədova Kürdəxanı təcridxanasında Ə.Zeynallıya xəbər göndərərək məhkəmədə çıxış etmək istədiyini deyib. Sabiq deputat bildirib ki, Ə.Zeynallını o həbs etdirməyib. G.Əhmədovanın Ə.Zeynallının məhkəmə prosesində çıxış etmək istəyinin səbəbi həbsin motivləri haqda danışmaq istəməsi olub.
Hakim və prokuror açıq şəkildə Ə.Zeynallının vəsatətinə etiraz ediblər. Məhkəmə yerindəcə müşavirə keçirib vəsatətin rədd olunduğunu bildirib.
Bundan sonra Ə.Zeynallı ilə prokuror arasında gərgin söz deyişməsi başlayıb. Tərəflər bir –birini ittiham ediblər. hakim zalı idarə edə bilməyib. Buna görə hakim prosesi saxlanılıb. Hazırda fasilədir.

AzNews.az
Bağla X