Bakıda əsgər ölümlərinə görə yenidən aksiya olacaq

Martın 10-da öldürülən əsgər Seymur Allahverdiyev və bu kimi əsgərlərin itkisinə son qoyulması tələbi ilə etiraz mitinqi keçiriləcək.

AzNews.az-ın məlumatına görə, bununla bağlı "Facebook" sosial şəbəkəsində "event" yaradılıb. Aksiyanı təşkilatçıları yaydıqları məlumatda bildirirlər ki, yanvarın 12-də əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı aksiya keçirilib, amma nəticəsiz qalıb: "Ümid etdik ki, ordudakı qanunsuzluqlarla bağlı tədbir görüləcək. Əksinə, 2 ay ərzində ölən əsgərlərin sayı 14-ə çatdı. Bu əsgərlərin heç biri döyüş şəraitində öldürülməyib. Və onların qanlarını batırmaq istəyirlər.Orduda bizim yaxınlarımız, dostlarımız, ailə üzvlərimiz xidmət edir və bu təhlükə hamı üçündür. Bu haqsızlığa bir son verilməlidir". Mitinq martın 10-da saat 15:00-da baş tutacaq.

Aksiya ilə ətraflı məlumatlar yaxın günlərdə yayılacaq.

AzNews.az