02:08
(077) 610-22-33

Elmira Axundova məhkəməyə veriləcək

  • >
299 2 Mart 2013 19:36 | Siyasət

"Cəbrayılın müdafiəsində cavabdeh olan şəxslərdən biri də mən olmuşam. Elmira xanımın AXC haqqında dediklərinə görə onu məhkəməyə verəcəm. Məhkəmədə dediklərini sübut etməsə, onun külli miqdarda cərimələnməsini tələb edəcəm".

Bunu AzNews.az-a 1989-1993-cü illərdə AXC Cəbrayıl rayon təşkilatının rəhbəri olmuş Vaqif Əlisoy millət vəkili Elmira Axundovanın AXC haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. V.Əlisoy deputatın dediklərini böhtan adlandırıb:

"Elmira xanıma xatırlatmaq istəyirəm ki, həmin dövrdə Azərbaycanın ərazi bütövlüyünü polislər və AXC üzvləri qoruyurdular. Böyük bir ərazini bu iki qüvvə müdafiə edirdi. Elmira xanıma işğal olunmuş ərazilərdən çıxan qüvvələrin buranı tərketmə səbəblərini faktlarla göstərə bilərəm. Bu məsələyə məhkəmədə çıxışımda da toxunmuşam. Həmin AXC üzvlərinin xeyli hissəsi Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olublar. Bütün bunlar olduğu təqdirdə onun dedikləri böhtandır. Həmçinin, qeyd edim ki, həmin illər ərzində AXC tədbirlərində mütəmadi iştirak etmişəm. Müdafiə qüvvələrinin həmin torpaqlardan çıxarılması ilə bağlı göstərişlər verilməyib. Elmira xanıma dediyin sözün məsuliyyətini hiss etməyə çağırıram".

Keçmiş cəbhəçi qeyd edib ki, millət vəkilini debata dəvət edir: "Bu sayt vasitəsilə deputatı debata dəvət edirəm. İstənilən an televiziyada, saytda, qəzetdə onunla debata hazıram. Gəlsin, sübut etsin. Mən faktlara əsaslanıram, onun kimi eşitdiyimi söyləmirəm. AXC üzvləri sona qədər döyüşüblər. Elmira xanım məhkəmə sənədlərinə baxsın, görsün ki, hansı qüvvələr necə çıxıb".

İlkin
AzNews.az

Bağla X