Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli Azərbaycan bayrağı cırılıb Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli Azərbaycan bayrağı cırılıb

Bayraq meydanındakı bayraq yenə cırıldı- FOTO

Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli Azərbaycan bayrağı cırılıb



Bu gün səhər saatlarından başlanan külək Azərbaycanın ən hündür bayrağından da yan keçməyib. Belə ki, sosial şəbəkələrdə paylaşılan Bayraq Meydanındakı foto bu saatlarda çəkilib və fotodan da göründüyü kimi bayrağımz cırılıb.

Qeyd edək ki, meydandakı bayrağın çəkisi 350 kiloqramdır. İnşa olunmuş dayağın hündürlüyü isə 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. "Ginnes"in dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Ölkə başçısının 2009-cu il 17 noyabr sərəncamına əsasən, hər il noyabrın 9-u Azərbaycanda dövlət bayrağı günü kimi qeyd ediləcək./qafqazinfo/


AzNews.az
image description