08:33
(077) 610-22-33

Müsavatdan Ayaz Mütəllibova sərt cavab

  • >
231 4 Mart 2013 12:39 | Siyasət

Arif Hacılı: “Bu hadisəyə görə məsuliyyət ilk növbədə Ayaz Mütəllibov və onun komandasın üzərindədir”



"Ayaz Mütəllibovun dediyi fikirlərin heç bir əsası yoxdur. Biz hətta onu istefaya göndərdikdən sonra da hakimiyyəti ələ keçirmədik".

Bu fikirləri AzNews.az-a Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı eks prezident Ayaz Mütəllibovun ittihamına cavab olaraq deyib. Onun sözlərinə görə, A.Mütəllibovun AXC-nin Xocalı faciəsindən hakimiyyətə gəlmək üçün istifadə etməsi fikrinin heç bir əsası yoxdur:

"Xocalı faciəsinə görə cinayət məsuliyyəti bu hadisəni törədən erməni silahlı birləşmələrinin, onlara dəstək və bilavasitə iştirak edən rus hərbi birləşmələrinin üzərindədir. Azərbaycan tərəfindən isə bu hadisəyə görə məsuliyyət ilk növbədə Ali Baş Komandan Ayaz Mütəllibov olmaqla o vaxtkı hakimiyyətin üzərinə düşür. Çünki onlar Xocalının, xocalıların müdafiəsinin təhlükəsizliyini səmərəli təmin edə bilməmişdilər. Ona görə də Ayaz Mütəllibov istefaya getməliydi".

A.Hacılı qeyd edib ki, o zamankı hakimiyyətin istefaya göndərilməsini də təkcə AXC-nin adına yazmaq doğru deyil: "A.Mütəllibovun istefaya göndərilməsi tələbi yalnız AXC-nin tələbi deyildi, həm də bütövlükdə Azərbaycan xalqının tələbi idi".

Gültəkin
AzNews.az



Bağla X