18:32
(077) 610-22-33

Müxalifətin gizli danışıqlarının detalları açıqlandı

  • >
221 4 Mart 2013 12:49 | Siyasət

"Müxalifətin geniş birliyinin yaradılması istiqamətində səylərimizi davam etdiririk. Biz ümumxalq hərəkatının yaradılması üçün ayrı-ayrılaqda partiya sədrlərilə görüşmüşük. Qalıb ümumi toplantının keçirilməsi. Yaxın vaxtlarda toplantının vaxtı, yeri müəyyənləşəcək".

Bunu Teleqraf.com-a açıqlamasında Vahid Azərbaycan Milli Birlik Parttiyasının (VAMBP) sədri Hacıbaba Əzimov müxalifətin geniş birliyinin yaradılması istiqamətində aparılan danışıqlar barədə saytımızda dərc olunan xəbərə münasibət olaraq bildirib.

Onun sözlərinə görə, onlar bu işi mətbuatın xəbəri olmadan həyata keçiriblər: "Partiya sədrlərilə görüşmüşük. Razılıqlarını ifadə ediblər. Bir neçə aydır ki, bu ideyanın üzərində işləyirik. Tədbirə dövlət qeydiyyatına alınmış bütün partiyaları və ziyalıları dəvət etmək istəyirik"

H.Əzimov ölkənin aparıcı siyasi partiyaları ilə nisbətən kiçik hesab olunan partiyalar arasında soyuq münasibətlərin olmasına və bu münasibətlərin birləşməyə maneəçilik törətməsinə də münasibət bildirdi: "Mən partiyalar arasında nifaq salıb, onları üzə-üzə qoymağın tərəfdarı deyiləm. Biz bütün partiyaları bir araya gətirmək istəyirik. Müsavat Partiyası ilə müəyyən partiyalar arasında əvvəllər soyuqluq olub, amma sonra aradan qaldırılıb, birgə əməkdaşlıq mümkün olub. Müsavat Partiyasında "biz onlarla bir araya gələ bilmərik" kimi yanaşma mövcud deyil. Şəxsən İsa Qəmbərlə görüşlərimdən, müzakirələrimdən çıxış edərək deyə bilərəm ki, Müsavat başqanı əməkdaşlığa açıq adamdır. O, da mənim kimi düşünür ki, ölkədə demokratik seçki mühitinin yaradılması üçün partiyalar arasında əməkdaşlıq olmalı və müxalifət seçkilərdə vahid mövqedən çıxış edilməlidir".

VAMBP sədrinin sözlərinə görə, İsa Qəmbər müxalifətin "Asiman" restoranında keçirilən torpantısına partiyalar arasında fərqlər qoyulduğu üçün qatılmayıb: "Partiyalara münasibət Amerika səfirliyinin partiyalara münasibəti əsasında qurulmamalıdır. Bəzən düşünürlər ki, Amerika səfirliyinin görüşə dəvət etmədiyi partiyalarla bir araya gəlməyə ehtiyac yoxdu. Bu, yanlış yanaşmadır".
Bağla X