23:41
(077) 610-22-33

“Qorbaçov mənasız bəyanatlar verir”

  • >
309 4 Mart 2013 13:35 | Siyasət

Zərdüşt Əlizadə: “Bu bəyanatlarını ciddi qəbul etmək lazım deyil”




"Bu bir şəbədə, bir zarafatdır. Hamı bilir ki, SSRİ artıq bərpa olunmayacaq, hamı bilir ki, Qorbaçov artıq siyasi meyitdir. Əslində Qorbaçov özü də bu məsələdə zarafat edir".

Bunu siyasi ekspert Zərdüşt Əlizadə AzNews.az-a Maxail Qorbaçovun keçmiş imperiyanın dağılması və yenidən bərpası barədə səsələndirdiyi fikirləri şərh edərkən deyib. O qeyd edib ki, Qorbağov 1991-ci il dekabrın sonunda televiziya ilə çıxış edərək istefaya getdiyini elan etdi:

"Bu dövlətin daxildən dağılması ilə bağlı bir məsələ idi. SSRİ-nin hakim zümrəsi milli mənzillərə dağılmışdı. Hərə də artıq öz xalqını idarə etməyə başlamışdı".

SSRİ ənənəvi imperiya deyil, nomenklatura imperiyası olduğunu vurğulayan Z.Əlizadənin qənaətincə, bunlar arasında ciddi fərqlər var: "Yəni nomenklatura imperiyadan fərqli olaraq, ənənəvi imperiya olan İngiltərədən heç vaxt hindli gəlib İngiltərənin hakim zümrəsinin tanınmış üzvü ola bilməzdi. Amma SSRİ imperiyasında gürcü baş nazir, birinci katib idi. Türk, azərbaycanlı Heydər Əliyev Siyasi Büronun üzvü idi. Bütün bu amillər SSRİ müəyyən meyarlar əsasında seçilmiş insanların idarə etdiyi nomenklatura imperiyası idi. Bu imperiya da əsasən daxılı səbəblərdən çökdü. Hakim zümrənin ideoloji cəhətdən dəyişməsi, məsləkə, əqidəyə xain çıxması, cibini güdməyə başlaması səbəbindən SSRİ dağıldı. Indi üstündən 22 il keçəndən sonra Qorbaçov mənasız bəyanatlar verir. Bunu ciddi qəbul etmək lazım deyil".

Gültəkin
AzNews.az



Bağla X