Məmurlara nəzarət edəcək qurum yaradılacaq

Azərbaycanda idaretməyə nəzarət edəcək yeni qurum yaradılır. Gunxeber.com-un əldə etdiyi məlumata görə, Prezident yanında İctimai Şura adlanacaq bu qurum idaretməyə nəzarəti həyata keçirəcək bu sahədəki vəziyyətlə bağlı pezident üçün hesabat hazırlayacaq. Bu quruma QHT təmsilçilərinin, deputatların, müstəqil ekspertlərin, ayr-ayrı sahələr üzrə mütəxəssislərin, əsasən də gənc kadrların cəlb olunacağı bildirilir.

Artıq bu qurumun əsasnaməsinin hazırlanması üçün müvafiq strukturlara tapşırıq verilib. Bundan başqa bütün icra hakimiyyətlərində də belə bir İctimai Şura yaradılacaq.

Ölkədə idaretmə sahəsindəki problemlər hakimiyyəti ciddi narahat edir və bu sahədəki vəziyyəti bir qədər düzəltmək, məmurları nəzarətdə saxlamaq üçün belə bir addımın atılması zərurəti ortaya çıxıb.

Qeyd edək ki, məmurların özbaşınalığı, vətəndaşların dövlət qurumlarında incidilməsi, insanlarla kobud davranılması kimi faktların geniş yayılması birbaşa president İlham Əliyevin dilindən də fevralın 12-də keçirilən müşavirədə səsələndirilib.

Prezident belə məmurlara barmaq silkələyərək onlara sonuncu dəfə xəbərdarlıq edib. Yeni yaranacaq qurumla bağlı danışan məlumatlı şəxs artıq bu xəbərin məmurlar arasında ciddi narahatlıq yaratdığını deyib. Həmin şəxsin sözlərinə görə, bu şura yaradıldıqdan sonar normal fəaliyyət göstərsə, korrupsioner, rüşvətxor, xalqı incidən, özbaşınalıq edən məmurlar öz əməllərini gizlədə bilməyəcək.

AzNews.az