Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb. Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.

MSK prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, artıq bu ilin ilk günlərindən ölkə ərazisində seçici siyahıları dəqiqləşdirilir:

"Yanvar ayının ilk günlərindən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb. Yəqin ki, dəqiqləşdirmələr fevralın 5-nə qədər məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq. Dairələrdə müzakirə olunandan sonra MSK-ya məlumatlar göndəriləcək. May ayının axırına qədər biz bu prosesə yekun vurmalıyıq və siyahıları rəsmi sənəd kimi təsdiq edəcəyik".

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.

AzNews.az