20 Yanvar faciəsinin günahkarları cəzalandırılmalıdır. 20 Yanvar faciəsinin günahkarları cəzalandırılmalıdır.

“20 Yanvar faciəsinin günahkarları cəzalandırılmalıdır”

20 Yanvar faciəsinin günahkarları cəzalandırılmalıdır.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Assosiasiyanın (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

G.Gülbeyin sözlərinə görə, 28 ildir ki bu faciəni törədənlər tutularaq qanun qarşısına çıxarılmırlar:

“Qeyri-hökumət təşkilatları olaraq biz, 20 Yanvar faciəsinin günahkarlarının tapılmasını və Rusiyanın Azərbaycana bu qanlı faciəyə görə təzminat ödəməsini tələb edirik”.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdıldı.