08:55
(077) 610-22-33

Sərdar Cəlaloğlu ABŞ səfiriylə nələrdən danışdıqlarını açıqladı

  • >
356 4 Mart 2013 16:03 | Siyasət

"ABŞ səfiri beynəlxalq hüquq normalarına uyğun hərəkət edib. Biz Azərbaycanın "Siyasi paryiyalar haqqında" qanunun partiyalara verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edirik. Ola bilər ki, bu, iqtidara xoş gəlməsin".

Bunu AzNews.az-a ADP sədri Sərdar Cəlaloğlu ABŞ səfirinin bəzi müxalifət partiya sədrləri ilə keçirdiyi görüşün hakimiyyət nümayəndələri tərəfindən birmənalı qarşılanmamasına cavab olaraq deyib. O qeyd edib ki, görüşün kiməsə xoş gəlib-gəlməməsi nə səfirin beynəlxalq hüquqdakı mövqeyinin, nə də "Siyasi partiyalar haqqında" qanunun məhdudlaşdırılmasına gətirib çıxara bilər. Əksinə hər şey beynəlxalq hüququn, qanunun tələblərinə uyğunbaş verir:

"Beynəlxalq konvensiyalara görə səfirlər təmsil olunduqları ölkələrdə ən müxtəlif sosial təbəqələrlə əlaqə qurur, radbitə yaradır, fikir mübadiləsi aparırlar. Öz ölkəsinə dolğun məlumat çatdırmaq üçün olduqları ölkələrdə məlumat toplayırlar. O başqa məsələdir ki, hakimiyyət " niyə biz müxalifəti xalqdan gizlədirik, amma səfir bunlarla görüşür, onların mövcudluğunu xalqa çatdırır" narahatlığını yaşayır. Çünki bu, onların apardığı siyasəti zəiflədir, heçə endirir. Biz də bunu başa düşürük".
Görüşdə müzakirə olunana məsələlərin mahiyyətinin ictimaiyyətdən gizlədilməsi ittihamına gəlincə, ADP sədri bildirib ki, səfirliyin rəsmi bəyanatında hər şey əksini tapıb: "İctimai-siyasi vəziyyət və seçki ərəfəsindəki durum müzakirə edilib. Daha bundan artıq görüşün mahiyyəti barədə nə çatdırılmalıdır ki? Hansı görüş haqqında cəmiyyətə təfsilatı ilə məlumat açıqlanır ki?".

Gültəkin
AzNews.az




Bağla X