Maraqlıdır, Avropa Şurası konkret ölkə və konkret şəxslərə qarşı sərt mövqe nümyiş etdirdiyi halda, bəzi hallarda eyni əməllərə görə başqalarına yumşaq mövqe nümayiş etdirir ki, bununla daha kəskin şəkildə pozuntulara yol verir. Maraqlıdır, Avropa Şurası konkret ölkə və konkret şəxslərə qarşı sərt mövqe nümyiş etdirdiyi halda, bəzi hallarda eyni əməllərə görə başqalarına yumşaq mövqe nümayiş etdirir ki, bununla daha kəskin şəkildə pozuntulara yol verir.

Azərbaycan Avropa Şurasını qınadı - Təcavüzkar Ermənistana qarşı yumşaq mövqeyə görə

Maraqlıdır, Avropa Şurası konkret ölkə və konkret şəxslərə qarşı sərt mövqe nümyiş etdirdiyi halda, bəzi hallarda eyni əməllərə görə başqalarına yumşaq mövqe nümayiş etdirir ki, bununla daha kəskin şəkildə pozuntulara yol verir.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov qış sessiyasında çıxışı zamanı deyib.

R.Hüseynov vurğulayıb ki, Ermənistan təcavüzkar ölkədir və Avropa Şurası bu faktı 13 il öncə qəbul etdiyi qətnamə ilə təsdiq edib: "Nə üçün bu günə qədər qətnamələri saymayan və daim Avropa Şurasının nizamnaməsini pozan ölkəyə qarşı heç bir tədbir görülməyib?"

R.Hüseynov xatırladıb ki, əvvəlki sessiyalarda konkret ölkələrə münasibətdə sanksiyalar tətbiq edilməsi və ya sanksiyaların müddətinin uzadılması ilə bağlı məsələlərdə AŞ PA prinsipial mövqe nümayiş etdirib.

O deyib: "Bu o deməkdir ki, Avropa Şurası özü istəyəndə və maraqlarına cavab verəndə məqsədinə nail ola bilir".