"İşğalçı Ermənistan müxtəlif vasitələrlə münaqişənin sülh yolu ilə həllini uzadır". "İşğalçı Ermənistan müxtəlif vasitələrlə münaqişənin sülh yolu ilə həllini uzadır".

“Sarkisyan üçün Qarabağda nə qədər ermənin itirilməsi vacib deyil”

"İşğalçı Ermənistan müxtəlif vasitələrlə münaqişənin sülh yolu ilə həllini uzadır".

AzNews.az xəbər verir ki, bu fikri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Z.Oruc bildirib ki, işğalçı tərəfin məqsədi mümkün qədər status-kvonu qoruyub saxlamaqdır. Onun sözlərinə görə, Ermənistan danışıqlar prosesindən imitasiya üçün istifadə edir.

«Azərbaycanın xarici siyasət idarəsi beynəlxalq aləmə müraciət etməli, real vəziyyəti göstərməlidir. Sarkisyan üçün Qarabağda nə qədər ermənin itirilməsi vacib deyil. Biz ermənilərin bu məsələdə təxmini planlarını bilməliyik. Ermənistan onsuz da beynəlxalq konvensiyaları tanımır, Dağlıq Qarabağa böyük silah kütlələri doldurub və monitorinqlər aparacaq beynəlxalq missiya da yoxdur. Düşünürəm ki, atəşkəsin pozulmasının real səbəblərini bilməklə yanaşı, Azərbaycan özünün hazırlıqlarını artırmaqdadır. Azərbaycan ən müasir silahları almaqdadır, külli-miqdarda yüksək səviyyədə vəsaitin müdafiə xərclərinə yönəldilməsi sübut edir ki, hərbi potensialımız gücləndirilir. Bu isə Azərbaycanın son nəticədə torpaqların işğaldan azad edilməsi məsələsində müharibə şərtini də ön cərgəyə qoyduğunu deməyə əsas verir»-deyə, Z.Oruc qeyd edib.