“Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq. Bu istiqamətdə heç bir məhdudiyyət görmürük”. “Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq. Bu istiqamətdə heç bir məhdudiyyət görmürük”.

"Bu, daim diqqət mərkəzimizdə olan prosesdir" - Prezident Rusiya ilə hərbi əməkdaşlığa dair

“Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq. Bu istiqamətdə heç bir məhdudiyyət görmürük”.

AzNews.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

«Bu, daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar davam edir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır”, - deyə o vurğulayıb.

Dövlət başçısı bu istiqamətdə Rusiya ilə əməkdaşlığı məhsuldar adlandırıb.

Prezident həmçinin qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı sazişlərin əksəriyyəti icra olunub. Artıq silahların alındığını deyən İ. Əliyev əməkdaşlıq üzrə gələcək planlar üzərində işin davam etdiriləcəyini bildirib. “Azərbaycanda və Rusiyada heç bir məhdudiyyət yoxdur”, - deyə o vurğulayıb.