Tanınmış QHT sədri sosial şəbəkələrdəki virtual pələnglərdən yazır Tanınmış QHT sədri sosial şəbəkələrdəki virtual pələnglərdən yazır

NaftAlin iyi verən söz pəhləvanları

Tanınmış QHT sədri sosial şəbəkələrdəki virtual pələnglərdən yazır

Son günlər virtual aləmdə - sosial şəbəkələrdə Əli Kərimli və onun xarici ölkələrə səpələnən və oradakı Azərbaycan əleyhinə olan maraqlı dairələrin ssenari və maliyyə dəstəyi ilə bir qrup virtual söz pəhləvanı “fəallaşmağa” başlamışdır. 2018-ci ilin ölkəmiz üçün necə taleyüklü tarixi əhəmiyyət daşıdığını anlamayan bu zavallı təbəqə qarşısına yalnız bir məqsəd qoyub –nə olur olsun, keçiriləcək prezident seçkilərini pozmaq, ölkəmizin etibarlı tərəfdaş imicinə zərbə vuran addımlar atmaq. Artıq bu istiqamətdə söz pəhləvanları öz qarayaxma siyasətlərini sosial şəbəkələr, xüsusilədə, Youtube və Facebook üzərindən yaymağa başlayıblar.

Avropa ölkələrində erməni lobbisinin və digər şübhəli mənbələrin dəstəyi ilə xam xəyallar quran bu virtual qəhramanlar saxta profillərlə doldurduqları sosial şəbəkələrdə dezinformasiyalar yaymaqları azmış kimi, əks rəy bildirən şəxsləri və hətta böyük bir zümrəni– müəllim, həkim və digər fəal qrupları belə aşağılamaqla məşğuldurlar. Müəllim təlim-tərbiyəsindən və məktəb ənənəsindən kənarda qalmış bu zatlar bir yandan güya bu insanlara, onların əməklərinə, sosial durumlarına acımalarını yazırlar, digər tərəfdən isə onların seçki prosseslərində iştiraklarını təhrif edərək, bu şərəfli, müqəddəs peşə sahiblərinı açıq-aşkar təhqir yağdırılar.
20 yanvar ümumxalq hüzn günündə hamı kimi nizam-intizamlı şəkildə, anım ziyarəti etmək əvəzinə Parlament prospekti boyunca siyasi şou düzəldən Əli Kərimli və onun dəstəsi bunu öz internet resurslarında formada tirajlamaqdadır. Bu naftAlin iyi verən qaragüruh qanlı faciəyə əliyalın xalqı necə sürükləmələrini, həmin gecə “liderlər” olaraq qaçıb müxtəlif evlərdə gizlənmələrini, sonradan ya zəlzələdən ya vəlvələdən hakimiyyətə gəldikləri vaxt 20 yanvarla bağlı bir siyasi və hüquqi addım atmamalarını ört-basdır etmək üçün uydurma dastanlar yayırlar. Ümummilli Lider Heydər Əliyevin həmin dövrdə Moskvada, demək olar ki, ev dustağı olduğu halda belə bütün maneələri aşaraq Azərbaycan nümayəndəliyinə gələrək, dünyaya öz etiraz səsi ilə SSRİ rəhbərliyinin xalqımıza yaşatdığı bu faciədə qanlı əlinin olduğunu söyləmişdi. Bu cəsarəti 1%-i ozamankı meydan, indiki virtual məkan qəhrəmanlarında olmadı.

Utanmaz şəkildə indi xalqın yanında olanlara çamur atır bu keçmiş çayxana, indiki çətxana bülbülləri. Hazırladıqları materialda Heydər Əliyevin Azərbaycanda (Kommunist Partiyası MK-nin baş katibi deyirlər) və Moskvada (SSRİ Nazirlər Sovetinin I müşaviri deyirlər) daşıdığı vəzifələri belə düzgün müəyyən edə bilməyən bu zavallılar Mixail Qorbaçov, onun ətrafındakı erməni qrupunun Bakıya göndərdikləri və Ulu Öndərin keçmiş fəaliyyətini “təftiş edən” dəstənin saxta dosyelərini öz ilham mənbələri sayırlar. Hakimiyyətə gəldikdən sonra 20 yanvar haqqında bir kəlmə belə danışmayan AXC rəhbərliyi haqda yalnız öz ağalarından eşitdikləri boş-boş nağıllara uyan bu “liberastlar” yalan informasiyalar paylaşmaq əvəzinə Heydər Əliyevin qanlı faciəyə qısa bir müddətdə verdiyi siyasi-hüquqi qiyməti öyrənsinlər.

Bu virtual qəhramanlıq meydanında maraqlı bir nüans var. NaftAlinlər boş, havadan-sudan bir mövzu atırlar ortaya və öz pəhləvanlarını canlı bağlantıya qoşurlar, amma burada alternativ və tutarlı fikir bildirənləri bloka atır, təhqir edərək aciz, savadsız və carəsizliklərini göstərirlər.

İdeya və proqram qıtlığı yaşayan bu “virtual pələnglər” yenə ümumi naftAlin iyi verən mövzular (işsizlik, siyasi, sosial-iqtisadi və s.) ortaya ataraq özlərini “hərşeyşünas” kimi göstərirlər. Aqrar sahəyə “girişən” bu söz dəllaları görün necə bisavad rəqəm açıqlayırlar – guya dövlətin pambıqçılığa qoyduğu yatırım, sərmayə yığılan pambığın maliyyə dəyərindən azdır. Ay kitabdan, məktəbdən uzaq, “sapılcaya tapança” deyən naftAlinçilər, əvvəla bilməlisiz ki, dövlətin aqrar sahəyə dəstəyi 1 illik nəticəyə hesablanmayıb ki, bu xərc də bir ilə qaşılansın. Dövlət dəstəyi strateji hədəflərə yönəlir və növbəti illərdə daha yaxşı nəticələr əldə etmək üçün fermerlərdə stimul yaradır. Fərqə baxın-2016-cı ildə 100 min ton pambıq tədarük edilmişdisə, 2017-ci ildə bu rəqəm 220 min tona qalxmışdır. Digər aqrar, xüsusilədə texniki bitkilər sahəsində də artım il-ildən özünü göstərir.

Əmək haqqından, sığorta sisteminin yoxluğundan dəm vuran bu virtual pələnglərə ölkədə rəsmi olaraq orta aylıq əmək haqqının 526 AZN olduğunu, pilot olaraq başlanan və 2019-cu ildən bütün respublika üzrə tətbiq ediləcək sığorta sistemini izah edirsən, yenə keçirlər böhtan atmağa.

Sonda 2017-ci ilin iyun ayında baş vermiş bir hadisəni də bölüşmək istəyirəm ki, bu liberastları yaxından tanıyasınız. Keçən il iyunun 20-25 tarixlərində “Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətləri” adlı beynəlxalq konfrans keçirmək və əcnəbi siyasilərlə görüşüb müzakirə aparmaq üçün müvafiq aviareyslə Belçikanın paytaxtına gedirdik. Bizimlə eyni vaxtda “Hansın dostları”nın da bir qismi oraya yollanırdı. Bizdən nə məqsədlə Brüsselə getdiyimizi soruşduqda niyyətimizi çatdırdım. Mən də bunlardan “bəs, siz “Avropanın paytaxtı”na niyə gedirsiz?-deyə soruşanda “Azərbaycanı yıxıb-sökməyə, siz deyən mövzular bizim vecimizə deyil” cavabını eşitdim. NaftAlin iyi verənlərin iç üzləri,bax, budur.

Asif Əsgərli,
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri