15:09
(077) 610-22-33

Harada tıxac var?- Yeniləndi

  • >
286 5 Mart 2013 11:23 | Siyasət

Bakının mərkəzində dəhşətli tıxaclar yaranıb

Bakının əsas küçə və prospektlərində böyük tıxaclar yaranıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə bu gün səhər 09.00 radələrindən Babək prospekti və Heydər Əliyev prospektinin kəsişməsində, Heydər Əliyev prospektində ("Şəfa" stadionun qarşısı), Afiyəddin Cəlilov və Yusif Səfərov küçəsinin kəsişməsində, Yusif Səfərov küçəsində, Tiflis prospektində, Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Koroğlu Rəhimov, Təbriz , Fətəli xan Xoyski küçələrində, "Nərimanov" metro stansiyasından "Gənclik" metro stansiyası istiqamətində böyük tıxaclar yaranıb. Tıxacların yaranmasına H. Əliyev prospektində "Şəfa" stadionun qarşısında təmir işləri və Koroğlu Rəhimov küçəsi ilə Fətəli xan Xoyski küçələrində işıqforun işləməməsi səbəb olub.

V. Əsədov həmçinin bildirib ki , tıxacların yaranmasında digər səbəb sürücülərin işıqforla tənzimlənən yolayrıcılarını düzgün keçməməsidir. Yolayrıcını düzgün keçməyən sürücülər kameralar vasitəsilə aşkar olunaraq barələrində cəza tədbirləri görüləcək və onlar haqqında fotomaterial hazırlanacaq.
***
09:23
Hazırda paytaxtın Azadlıq prospekti, Bakı-Sumqayıt sosesi, Heydər Əliyev prospekti, Ziya Bunyadov prospekti, Koroğlu Rəhimov küçəsi, Xətai küçəsi, Təbriz küçəsi, akademik Həsən Əliyev küçəsi, Mikayıl Əliyev küçəsi, Mehdi Hüseyn küçəsi, Şeyx Şamil küçəsində tıxac var.

Tbilisi prospekti, Oqtay Vəliyev küçəsi, Abbas Mirzə Şərifzadə küçəsi, Əliyar Əliyev küçəsi, Afiyəddin Cəlilov küçəsi, Neftçilər prospekti, Badamdar küçəsində nəqliyyat vasitələri sıx hərəkət edir.

Mirəli Qaşqay küçəsi, Ceyhun Səlimov küçəsi, Hüseyn Cavid prospekti, Yusif Səfərov küçəsi, Babək prospekti, Ramiz Quliyev küçəsi, Həsənbəy Zərdabi prospekti, İnşaatçılar küçəsi, Moskva prospekti, Atatürk prospekti, Nobel prospekti, Gəncə küçəsi nəqliyyatın hərəkəti üçün açıqdır.

AzNews.az
Bağla X