00:48
(077) 610-22-33

“Lalə Şövkət ən şanslı namizəddir”

  • >
351 5 Mart 2013 09:35 | Siyasət

Əvəz Temurxan: “Lalə xanım Liberal Partiya vasitəsilə öz siyasi kursunu həyata keçirir”



"Azərbaycanda seçki mühiti var ki, biz də seçkiyə gedək? İndi seçki məsələsini müzakirə etmək mənasızdır"

Bunu AzNews.az-a Liberal partiyanın sədr əvəzi Əvəz Temurxan deyib. Onun sözlərinə görə, tamamilə başqa mühit formalaşdırmaq və ədalətli seçki mühiti yaratmaq uğrunda mübarizə aparmaq lazımdır:

"Əgər ədalətli seçki qanunvericiliyi yoxdursa, ədalətli seçki də yoxdur. Ona görə də namizəd müəyyənləşdirmək həddən artıq tezdir. O ki, qaldı namizədə, bəli mən hesab edirəm ki, Lalə Şövkət ən reytinqli namizəddir. Amma ən reytinqli namizəd olsa belə, hələlik onun namizədliyini müzakirəyə gətirmirik. Nə namizədliyini, nə də vahid namizədliyini. Azərbaycan xalqı bilir ki, hansı namizəd daha çox mənəvi haqqa malikdir Amma xalqın fikrini ölçən tərəzi işləmir, hakimiyyət qoymur işləməyə".

Ə.Temurxan hesab edir ki, müxalifətin birləşməsi üçün hələ də gec deyil: "Liberal Partiya Lalə Şövkətin siyasətini yeridərək bu istiqamətdə əlindən gələni edir. Hamı ilə barış siyasəti həyata keçiririk. Bunun nə dərəcədə uğurlu olub-olmamasını mən deyə bilmərəm. Amma hər halda Lalə xanım Liberal Partiya vasitəsilə öz siyasi kursunu həyata keçirir. Lalə xanımım mətbuatda görünməməsi o demək deyil ki, o öz siyasətlə məşğul deyil".

Gültəkin
AzNews.az


Bağla X