06:01
(077) 610-22-33

İvanaşvili Saakaşvilinin “Azərbaycan bəyanatı”na qarşı

  • >
208 5 Mart 2013 10:12 | Siyasət

Rasim Musabəyov: “Gürcüstanda iki hakimiyyətlilik var”




Gürcüstanın baş naziri Bidzina İvanaşvilinin dünən yaydığı bəyanatda prezident Saakaşvilinin ötən həftə Azərbaycan səfəri başa çatdıqdan sonra səsləndirdiyi fikirlərə diqqəti çəkib. Baş nazirin Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində tədbirlər görüldüyünü vurğulanan bəyanatında Saakaşvilinin bəzi açıqlamalarının həm hökumət, həm dost ölkələr, həm də beynəlxalq təşkilatları çətin vəziyyətə saldığı vurğulanıb.

"Gürcüstan Online" saytında yayımlanan və İvanşvilinin hökumət adından bütün bunlara görə üzr istədiyi bəyanatda bəzi məqamlar da yer alıb: "Saakaşvili 2013-cü ilin oktyabrına, yəni prezidentlik müddəti başa çatana qədər öz məsuliyyəti ilə hərəkət edir və onun mövqeyi Gürcüstan hökumətinin mövqeyini əks etdirmir".
Qeyd edək ki, İvanaşvili Gürcüstan hökumətinə rəhbərliyə gələndən dərhal sonra Azərbaycanla imzalanan və qanuni qüvvəyə minən mövcud müqavilələri şübhə altına alan bəyanatla çıxış etmişdi. Verilən bəyanatın ardından Azərbaycana səfər edən gürcü baş nazir aparılan danışıqlardan sonra səsləndirdiyi fikirlərin əksini söyləməklə yanlışlığa yol verdiyini ortaya qoymuşdu. Hətta onun nazir seçildikdən sonra verdiyi bəyanatlara görə prezident Saakaşvili pis duruma düşmüşdü. İndi isə baş nazir məlum bəyanatında müəyyən məqamlara toxunur ki, du da onun prezidentin fikirlərinin əksini düşündüyünü ortaya qoyur.

Maraqlıdır, əgər hansısa bir ölkənin birinci şəxsi olan adamın əlində hansısa dövlətin planları barədə dəqiq məlumat varsa və bunu çəkinmədən bəyan edirsə, ona görə üzr istəməyin məqsədi nədir? Məsələyə aydınlıq gətirən, siyasi şərhçi, deputat Rasim Musabəyov AzNews.az-a bildirb ki, İvanaşvilinin bəyanatından, onun Saakaşvilinin səsləndirdiyi fikirlərə görə məsuliyyət daşımayacağından məlumatlı olsa da, üzr istəməsinə rast gəlməyib: "Mən onun üzr istəməsini heç yerdə rast gəlməmişəm, oxumamışam. Sadəcə onu bilirəm ki, İvanaşvili deyib ki, bundan sonra Saakaşvilinin bəyanatlarına görə məsuliyyət daşımayacaq. Digər bir tərəfdən də prezidentin mətbuat xidmətinin də bu məsələ barədə açıqlaması oldu ki, orada da Saakaşvilinin belə sözlər söyləmədiyi bildirilirdi".

Gürcü baş nazirlə prezidentin açıq hiss olunan mübarizəsinə gəlincə, R. Musabəyov deyib ki, hər şey ortadadır: "Hər halda vəziyyət ortadadır. Orda iki hakimiyyətlilik var".

Gültəkin
AzNews.az-a

Bağla X