"Reyqanın tapşırığı ilə apardığımız araşdırma nəticəsində məlum oldu ki, “erməni soyqırımı” barədə söhbətlər əsassızdır” "Reyqanın tapşırığı ilə apardığımız araşdırma nəticəsində məlum oldu ki, “erməni soyqırımı” barədə söhbətlər əsassızdır”

ABŞ prezidentinin keçmiş müşaviri erməniləri məyus etdi

"Reyqanın tapşırığı ilə apardığımız araşdırma nəticəsində məlum oldu ki, “erməni soyqırımı” barədə söhbətlər əsassızdır”



Ağ Ev 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrlə bağlı vaxtilə araşdırma aparıb. APA-nın "Qafqaz Online" saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın müşaviri olmuş Bryus Feyn açıqlayıb.

O bildirib ki, araşdırma nəticəsində məlum olub ki, "erməni soyqırımı" barədə söhbətlər əsassızdır və 1915-ci ildə öldürülmüş türklərin sayı daha çox olub: "Ronald Reyqanın tapşırığına əsasən biz o vaxt araşdırma aparmışdıq. Avropa ölkələrinin hərbi arxivlərində və Osmanlı İmperiyasının arxivlərində saxlanılan sənədlər aşkar edilmişdi. Araşdırma nəticəsində müəyyən edildi ki, o zaman öldürülən türklərin sayı ermənilərdən daha çox olub. "Erməni soyqırımı" barədə nağıllar erməni tarixçilərinin şəxsi təxəyyülünün məhsuludur. Erməni quldur dəstələri Anadoluda 2 milyondan çox türkü öldürmüşdülər".

B. Feyn onu da əlavə edib ki, Osmanlı dövründə bütün dini və etnik azlıqlar türklərlə eyni hüquqlara malik idilər: "Türkiyədə o vaxt yaşayan yunanlar, kürdlər, çərkəzlər, ərəblər, ermənilər kifayət qədər yüksək vəzifələr tuturdular. Birinci Dünya Müharibəsi başlayanda ermənilər vətənə xəyanət edib, Osmanlı İmperiyasının düşmənlərinə qoşulublar. Ermənilər Qafqaz cəbhəsində ruslarla çiyin çiyinə döyüşürdülər. Onlar türk və gürcü kəndlərini qarət edib, insanları qırırdılar. Bizim apardığımız araşdırma zamanı türklər öz arxivlərindən istifadə etməyə icazə vermişdilər, erməni tərəfi isə qətiyyətlə öz arxivlərini açmaq istəmirdi. Düşünürəm ki, əgər bu arxivlər açılsa, bütün həqiqət üzə çıxacaq. Bu halda ermənilər bütün dünyanın qarşısında, xüsusilə türklər qarşısında tarixi yalana yol verdikləri üçün üzr istəməli olacaqlar".

AzNews.az