23:02
(077) 610-22-33

“Həmin “partiya” sədrlərini heç İsa Qəmbərin özü də tanımır” - Reaksiya

  • >
230 5 Mart 2013 17:08 | Siyasət

Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin üzvü Fərhad Məhərrəmov Müsavat təmsilçilərinin iddialarına sərt münasibət bildirib.

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və onun müavini Əhəd Məmmədovun "Yeni Müsavat" qəzetinə müsahibələrində VİP-in adını hallandırmaları əks tərəfdən cavabsız buraxılmadı. VİP Məclisinin üzvü Fərhad Məhərrəmov adıçəkilən müsavatçıları "öz siyasi böyüklərinin kopyaları" adlandırıb:

"Bu uşaqlar öz danışıqları və davranışları ilə başqanları İsa Qəmbəri eynən kopyalayıblar. Amma müdafiələrini təmin edəcək qədər uğurlu tərz seçməyi bacarmırlar. Görünür, lap erkən yaşlarından, özlərinin dediyi kimi, "Müsavat adlı gözəl"ə necə vurulublarsa, gözləri hələ də reallığı görə, şüurları isə gerçəyi qiymətləndirə bilmir.

Başqa partiyaları uğursuz təftiş etməkdənsə, Müsavata baxıb, öz təşkilatlarının, başqanlarının yaxın keçmişlə müqayisədə hansı acınacaqlı günə düşdüklərini görsünlər. Bu uşaqlar kənarda kimlərinsə tanınıb-tanınmasından qayğılanmasınlar, daha çox bu gün İsa Qəmbərin çevrəsindəkilərə baxıb, nəticə çıxarsınlar... Kimlər var orda...? O "partiya" sədrlərini cəmiyyət bir yana, heç İsa Qəmbərin özü də düz-əməlli tanımır... Sadəcə, seçki ilində özünün "bazar çəkisi"ni artırdığını göstərmək üçün onlarla bir sırada dayanmaq məcburiyyətindədir... Həmin gənclər bundan sonra kiminsə barəsində nəsə söyləməzdən əvvəl cavabında eşidəcəklərini mütləq nəzərə alsınlar..."

AzNews.az
Bağla X