Ərəstun Oruclu müxalifətin birlik modelindən danışdı

Artıq üçüncü onillikdir ki, müxalifət düşərgəsi birlik çağırışındadır. Maraqlıdır, görəsən müxalifət nəhatət arzuladığı böyük siyasi birliyə nail ola biləcəkmi? Bununla bağlı siyasi şərhçi, "Azərbaycan 2013" hərəkatının təsisçısi Ərəstun Oruclunun fikirlərini öyrəndik.

Ərəstun Oruclu AzNews.az-a verdiyi açıqlamada bildirib ki, bu günə qədər Azərbaycanda sözügedən birliyin prinsipləri, formatı müəyyənləşməyib:

"Bu günə qədər hələ heç kim bir forma tapıb deməyib ki, bu birlik nəyin üzərində, nəyin əsasında qurulmalıdır. Əgər istənilən birlik fərdlər üzərində, fərdlər əsasında qurulursa, onun uğuruna şübhə etmək olar. Söhbət müxalifətdən gedirsə, bu kimi birliklər hədəflər və prinsiplər üzərində qurulmalıdır. Azərbaycanda isə hələ də hədəf və prinsiplər bu günə kimi müəyyənləşməyib".

Gültəkin
AzNews.az