“Bu addım Azərbaycan hökumətini arzuolunmaz vəziyyətə sala bilər” “Bu addım Azərbaycan hökumətini arzuolunmaz vəziyyətə sala bilər”

“İrana zərbə endirən dövlət əvvəlcə Azərbaycanla məsləhətləşməlidir”

“Bu addım Azərbaycan hökumətini arzuolunmaz vəziyyətə sala bilər”


"Azərbaycan hökuməti artıq neçə illərdir ki, çox mürəkkəb situasiya ilə üzləşib, çünki bu ölkə ön xətdə yerləşir. Əgər kimsə - ABŞ, israil, yaxud başqa dövlət – İrana zərbə endirməyə hazırlaşırsa, onlar bunu Azərbaycanla əvvəlcədən məsləhətləşməlidir. Çünki bu addım Azərbaycan hökumətini arzuolunmaz vəziyyətə sala bilər. Azərbaycan başa düşür ki, İsraillə müttəfiq olsalar belə, onlar ön xətdə tək qalacaqlar".

Bu fikirləri APA-nın Vaşinqton müxbirinin İranın hücum edəcəyi təqdirdə ABŞ və İsrailin Azərbaycana verə biləcəyi təhlükəsizlik qarantiyaları ilə bağlı sualına cavabında Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun elmi araşdırmalar üzrə direktoru Svante Kornell deyib.

Svante Kornell bildirib ki, İsrailindən Azərbaycana təhlükəsizlik qarantiyası verəcəyini gözləməyə dəyməz: "ABŞ isə, regiona marağının səviyyəsini nəzərə alsaq, təhlükəsizlik məsələlərində iştirak səviyyəsini artıra, məsələn, Azərbaycana hərbi-dəniz avadanlığının satılmasına maneə törətməyə bilər. Bütün bunlar ona gətirib çıxarır ki, əgər region ölkələri nəticələrin onlar üçün kifayət qədər neqativ olacağını bilirsə, ABŞ və ya İsrail maraqlarını müdafiə etməklə öz üzərinə risk götürməlidir. Biz bunu etiraf etməliyik. Əgər ABŞ məsələn, Azərbaycan, Gürcüstan, Türkmənistan, yaxud Özbəkistanın köməyinə ehtiyac duyacaqsa, onda təhlükəsizlik sahəsində öz iştirakına dair strateji, uzunmüddətli, stabil siyasət işləyib hazırlamalıdır".

AzNews.az