08:57
(077) 610-22-33

“İlk növbədə müxalifət öz daxilində dialoq qurmalıdır“

  • >
169 6 Mart 2013 15:52 | Siyasət

Azərbaycan iqtidarı həmişə dialoqa hazırdır, ancaq müxalifətin o bazası, o potensialı yoxdur ki, dialoqa getsin




Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov iqtidar-müxalifət dialoqunun mümkünlüyünə münasibət bildirərkən deyib.
O qeyd edib ki, ilk növbədə, müxalifət öz daxilində dialoq qurmalıdır ki, iqtidarla dialoqa gedə bilsin.
"Tutaq ki, yalandan internet səhifəsində elementar, böhtan ilə sorğu keçiriblər, Əli Kərimliyə özləri səs veriblər, öz qəzetlərində də bunu veriblər. O biri tərəfdən müxalifət özü qəbul etmir ki, bu düzgün keçirilən sorğu deyil. Yəni bunların özlərinin arasında bir dialoq lazımdır ki, sonra onlar iqtidarla dialoq aparsınlar", - Novruzov deyib.
Son günlər müxalifət mediasında müzakirə olunan "kölgə kabineti" məsələsinə münasibət bildirən Novruzov bunun mənasız şou olduğunu deyib.
"Mənasız şeylərdir, bunlar hamısı şoudur. Neçə illərdir bu "kölgə kabineti", "alternativ parlament", nə bilim nə, nə eşidirik. Bu halları 20 ildir eşidirik. Mənasız, məzmunsuz məsələdir", - Novruzov deyib.
O qeyd edib ki, bu sadəcə gündəmdə qalmaqdan ötrü yaradılan şoudur. Bu, ancaq ona xidmət edir.
Azərbaycanda əsgər ölümü ilə bağlı hazırlanan mitinqə gəlincə isə Novruzov deyib ki, müxalifət hər bir məsələdən özlərinə şou düzəltməyə və olmayan sosial bazalarını kiminsə faciəsi üzərində qurmağa çalışırlar.
"Əslində əsgərin ölümü onlar üçün maraqlı deyil, bunlar ondan şou düzəldib özlərinə sosial baza və elektorat yığmağa çalışırlar. Onların bütün fəaliyyəti bunum üzərində qurulub, çünki özlərinin arxasında gedən heç 3-5 adam yoxdu, heç qohum-əqrəbaları da onlara inanmır. Və buna görə də kiminsə faciəsindən sui-istifadə edib ara qarışdırmağa çalışırlar", - Novruzov deyib.
Millət vəkili, həmçinin qeyd edib ki, olan məsələlər hamısı ciddi şəkildə dövlət tərəfindən araşdırılır və qısa müddətdə tam şəkildə ictimaiyyətə məlumat veriləcək.


AzNews.az
Bağla X