Azərbaycan Sosial-Demokrat Partiyası aprelin 11-də keçiriləcək Prezident seçkilərinə qatılacaq. Azərbaycan Sosial-Demokrat Partiyası aprelin 11-də keçiriləcək Prezident seçkilərinə qatılacaq.

Sosial-demokratlardan seçki qərarı: Araz Əlizadə namizəd oldu

Azərbaycan Sosial-Demokrat Partiyası aprelin 11-də keçiriləcək Prezident seçkilərinə qatılacaq.

Bu barədə AzNews.az-a açıqlamasında sözügedən partiyanın sədri Araz Əlizadə məlumat verib. O, qeyd edib ki, partiyanın mərkəzi komitəsinin fevralın 12-də keçirilən plenumunda bu barədə qərar qəbul edilib:

“Partiya mənim namizədliyimi irəli sürdü. Aprelin 11-də keçiriləcək seçkilərdə namizəd kimi iştirak edəcəm”.

Bahar RÜSTƏMLİ
AzNews.az